Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə İran prezidentinin axtarışına “AKINCI” göndərib

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış ilərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter göndərilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran Prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğramış helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “AKINCI” pilotsuz uçuş aparatı və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edilib.

Qeyd edək ki, İran tərəfi Türkiyədən gecəgörmə axtarış-xilasetmə helikopteri istəyib.

Bildirilib ki, artıq 32 alpinist axtarış-xilasetmə qrupu və 6 maşın yola salınıb.