Türkiyə F-35-lər üçün S-400-dən imtina etməlidir - Səfir
10 Dekabr 2025
Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır.
Bu barədə “Bloomberg“ ABŞ-ın Türkiyədəki səfiri Tom Baraka istinadən məlumat yayıb.
Səfir bildirib ki, iki ölkə Ankara tərəfindən təxminən on il əvvəl alınmış Rusiya raketləri və Türkiyənin F-35 proqramına yenidən qoşulmaq “istəyi” ilə bağlı danışıqlar aparır.
“ABŞ qanunvericiliyinə əsasən, Türkiyə F-35 proqramına qayıtmaq üçün daha S-400 sisteminə sahib ola və ya onu istismar edə bilməz”, – ABŞ səfiri vurğulayıb.
O əlavə edib ki, Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaxın münasibətlər “son 10 ilin ən səmərəli danışıqlarına” səbəb olub.
“Ümid edirik ki, bu danışıqlar qarşıdakı aylarda ABŞ və Türkiyənin təhlükəsizlik tələblərini təmin edəcək bir irəliləyişə gətirib çıxaracaq”, – Barak bildirib.
Qeyd edək ki, Türkiyənin təxminən 10 il əvvəl S-400 raketlərini alması onun F-35 proqramından çıxarılmasına və ABŞ-ın Türkiyənin bir sıra müdafiə şirkətlərinə sanksiya tətbiq etməsinə səbəb olub.