Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Avropanın əsas qaz tədarükçüsü ola biləcək?

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyan edib ki, Trans-Anadolu TANAP qaz kəməri Avropa üçün Rusiya qazına alternativ ola bilər. Bundan əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın Aİ-yə üzv olan 12 ölkəyə qaz tədarükünü qismən azaltdığını və ya tamamilə dayandırdığını açıqlamışdı. Onun sözlərinə görə, Aİ ABŞ, Norveç, Fars körfəzi ölkələri, Əlcəzair və Xəzər dənizi regionundan rekord həcmdə tədarük alır.

Məlum olduğu kimi, bu yaxınlarda Avropa Şurasının prezidenti Bakıda İlham Əliyevlə görüşüb və tərəflər razılaşıb ki, Azərbaycan qaz tədarükünü iki dəfə artıracaq.

Avropa üçün Azərbaycan qazının həcmini iki dəfə artırmaq vacibdir.

Ekspertlərin fikrincə, əgər bu günə qədər Almaniya Rusiya qazının əsas istehlakçısı idisə, yaxın gələcəkdə bu rolun Ankaraya keçməsi mümkündür. Məsələ ondadır ki, Moskva qazını ancaq rublla satacaq və Avropa ölkələri ən azı ideoloji baxımdan Moskvanın tələbini ödəməyə razı deyil. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi avropalılarda öz izini qoyub və sonuncular Moskvadan qaz almağa sadəcə olaraq utanırlar. Latviya Rusiya qazını vasitəçilər vasitəsilə alır ki, bu ölkənin Rusiyadan qaz aldığı anlaşılmasın deyə həyata keçirilir. Polşa da eyni vəziyyətdədir. Burada qaz Almaniyadan əks istiqamətdə gəlir, o da öz növbəsində həmin qazı Rusiyadan daha ucuz alır.

Norveç, ABŞ və Azərbaycanın qazı Avropanın enerji böhranından qaçması üçün kifayət etməyəcək. Burada iki variant var, ya Rusiya-Ukrayna müharibəsi tez bitə bilər və Rusiya-Qərb münasibətlərindəki böhran Avropaya enerji böhranından qaçmağa imkan verəcək, ya da müharibə davam edərsə, Avropa öz siyasi mövqeyini qorumaq üçün Türkiyə vasitəsilə Rusiya qazını alacaq.

Ankara isə Moskva ilə avropalılar arasında vasitəçi rolunu oynamaq üçün həmin ssenarini gözləyir.