Türkiyə ABŞ-dan F-16 tələb etdi
28 Dekabr 2023
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenə çərşənbə günü telefon danışığı zamanı bildirib ki, Türkiyə ABŞ-dan NATO-nun müttəfiqlik tərəfdaşlığı öhdəliklərinə uyğun hərəkət edəcəyini və Ankaraya F-16 qırıcıları satmaq vədlərini yerinə yetirməsini gözləyir. Bu barədə Türkiyədəki diplomatik mənbə məlumat verib.
Mənbə əlavə edib ki, bu zəng Türkiyə parlamenti komissiyasının Amerikanın xahişi ilə İsveçin NATO-ya üzv olmaq üçün müraciətini təsdiqlədikdən bir gün sonra edilib.
Tam ratifikasiya üçün ərizə Türkiyə Parlamentinin Baş Assambleyası tərəfindən təsdiqlənməlidir.
Mənbənin sözlərinə görə, Fidan "F-16 satışı ilə bağlı ABŞ administrasiyası və ABŞ Konqresinin alyansın ruhuna uyğun hərəkət etməsini və verilən vədləri yerinə yetirməsini gözləyirik” deyib.