Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün tarixi müəyyənləşib

Mənbə: Report

Türk Dövlətləri Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünün tarixi müəyyənləşib.

Bu barədə TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman məlumat verib.

Onun sözlərinə görə, rəsmi Zirvə görüşü 2025-ci il oktyabrında Bakıda keçiriləcək.

Xatırladaq ki, cari ildə TDT-nin rəsmi və qeyri-rəsmi olmaqla iki Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu. Qeyri-rəsmi sammit mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib.