"Turan" agentliyinin redaktoru saxlanılıb
14 Dekabr 2023
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb.
Onun yaxınları bildiriblər ki, dekabrın 13-də günün ikinci yarısında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalistin Sumqayıtdakı mənzilində axtarış aparıb, sonra onu özləri ilə aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Turan-a bildirib ki, jurnalist Hafiz Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanılıb.
Hafiz Babalı bundan öncə də "Abzas Media" internet nəşrinin işi üzrə şahid qismində istintaqa çağırılıb. Babalı korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə tanınır.
Noyabrın 20-dən sonrakı dövrdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və müxbir Nərgiz Absalamova saxlanılıb. Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar.