Logo
news content
User
Kateqoriyalar

Xəbər

Trampın xüsusi elçisi Putinlə görüşüb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin ötən gün gecə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib, onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat ötürüb.

TASS xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Vladimir Putin ötən gün gecə Stiven Uitkoffu qəbul edib. Rusiya tərəfinə əlavə məlumat təqdim olunub. Rusiya Prezidenti onun vasitəsilə ABŞ lideri Donald Trampa məlumat və əlavə siqnallar ötürüb", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Uitkoffun putinlə görüşmədən Moskvanı tərk etdiyi bildirilirdi.

***

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan uçub.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Nəşrin təqdim etdiyi kadrlarda diplomatın kortejinin Moskvanın Vnukovo hava limanına daxil olduğunu görmək olar.

Uitkoff Moskvadakı Amerika səfirliyini ziyarət edib. O, orada təxminən bir saat qalıb, əvvəllər qeyd edildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ilə görüşü gözləyib. Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov qeyd edib ki, görüş Putinin “siqnalı” ilə keçiriləcək.

“Prezident Uitkoff ilə danışıqlara başlayacağı barədə siqnal verəndə, onu Kremlə çağıracaqlar və o, prezidentlə görüşəcək”, – deyə TASS daha əvvəl Uşakovdan sitat gətirib

Görüşün keçirilməsi barədə məlumat daxil olmayıb.