Trampın prezidentliyi dövründə 250 min viza ləğv edilib
01 Oktyabr 2026
ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ildə prezident vəzifəyə başlamasından bəri 250 000-dən çox vizanı ləğv edib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott "Fox News"a bildirib.
"Prezident Tramp və dövlət katibi (Marko) Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 000-dən çox vizanı ləğv edib - bu, Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyimizi əks etdirən tarixi mərhələdir", - o deyib.
Piqott qeyd edib ki, ABŞ hakimiyyəti tərəfindən verilən hər bir viza qərarı ölkənin milli təhlükəsizliyi ilə bağlı qərardır. O, bildirib ki, ABŞ davamlı yoxlamalar vasitəsilə cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ya ABŞ immiqrasiya sistemindən sui-istifadə edənləri görünməmiş miqyasda müəyyənləşdirib.
"ABŞ vizası hüquq deyil, imtiyazdır və bu imtiyazın şərtlərini pozsanız, onu itirirsiniz", - Piqott əlavə edib.