Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Xameneiyə məktub göndərdi, cavabını aldı

İranla danışıqlara üstünlük verirəm.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp dünən İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.

“Mən İranla razılaşmağa üstünlük verirəm, Xameneiyə məktub göndərdim. İranın nüvə silahı və başqa variantları ola bilməz”, - ABŞ lideri qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi “Frans-Press” agentliyinə ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə məktub göndərməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib ki, ABŞ maksimum təzyiq siyasətini davam etdirdiyi müddətdə İran qarşı tərəflə birbaşa danışıqlara getməyəcək.

“ABŞ maksimum təzyiq siyasətini və təhdidlərini davam etdirdiyi müddətdə biz onlarla birbaşa danışıqlara girməyəcəyik”, - Əraqçi deyib.