Tramp Venesuelanı "ABŞ-ın 51-ci ştatı" adlandırıb
02 Avqust 2026
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Venesuelanın ABŞ-ın "51-ci ştatı" kimi təqdim olunduğu görüntü paylaşıb.
Şəkildə Venesuela ABŞ bayrağının rənglərində təsvir olunub və üzərində "51st State" ifadəsi yer alıb.
Tramp bundan əvvəl də oxşar paylaşımlar edib.
ABŞ Prezidenti daha əvvəl Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-a birləşdirilməsi ilə bağlı müxtəlif açıqlamalar səsləndirib.