Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Venesuelada quru əməliyyatının keçirilməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı heç bir fəaliyyət variantını, o cümlədən quru əməliyyatını istisna etmədiyini açıqlayıb.

Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin "hazırkı mərhələdə quru qoşunlarının istifadəsini istisna etməyə hazırsınızmı?" sualına Tramp belə cavab verib:

"Mən heç nəyi istisna etmirəm, sadəcə Venesuela məsələsini həll etməliyik".