Tramp və Si Cinpin arasında 2 saata yaxın davam edən görüş olub
30 Oktyabr 2025
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın Pusan şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü olub.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, görüş 1 saat 40 dəqiqə davam edib.
Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb.
O, həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı ciddi konsensusa nail olublar. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini ifadə edib.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşmək üçün gələn ilin aprelində Asiyaya qayıdacağını bildirib. Məlumata görə, ABŞ lideri bunu dünən Cənubi Koreyanı tərk edərkən bildirib.
Bu danışıqlardan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşüblər.