Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ölkənin 51-ci ştatı kimi ABŞ-yə daxil edilməsini və orada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.

Amerika lideri bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bildirib.

"Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, möhtəşəm olub", – Tramp deyib.

Onun sözlərinə görə, Venesuelanı firavan gələcək gözləyir və ölkə gələcəkdə ABŞ-nin tərkibinə daxil ola bilər.

"Kim bilir, bəlkə də tezliklə o, firavan 51-ci ştatımız olacaq. Bu, mümkündür. Gəlin, onu 51-ci ştat edək", – ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin Venesuelada idarəetmə sisteminin dəyişdirilməsini təklif edib: "Orada prezident seçkiləri deyil, qubernator seçkiləri keçirək. Bu fikir necədir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir".

Bundan başqa, ABŞ lideri Vaşinqtonla Karakas arasında genişmiqyaslı neft sazişinin imzalandığını xatırladıb.

"İndi bizim istənilən digər ölkədən, hətta bütün başqa ölkələrin birlikdə malik olduğundan daha çox neftimiz var", – Tramp qeyd edib.

O əlavə edib ki, Venesuela nefti Texasdakı müəssisələrdə emal olunacaq.