Tramp Ukraynaya "Patriot" raketlərinin istehsal lisenziyasının veriləcəyinə əmin deyil
31 İyul 2026
ABŞ Prezidenti Donald Tramp Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya verilməsi məsələsində hələ yekun qərar qəbul etmədiyini bildirib.
Tramp bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.
"Bu, tamamilə müstəsna silahdır və biz istehsal lisenziyalarını kimə verdiyimiz məsələsində çox ehtiyatlı olmalıyıq", – deyə ABŞ Prezidenti bildirib.
Financial Times xatırladır ki, Tramp bundan əvvəl NATO sammiti zamanı Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya veriləcəyini bəyan etmişdi. Lakin son açıqlamasında o, bu məsələ ilə bağlı hələ qəti qərar vermədiyini vurğulayıb.
Qəzetin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Trampla keçirdiyi son görüşdən sonra ABŞ liderinin istehsal lisenziyasının verilməsinə razılıq verdiyini açıqlamışdı. Trampın yeni bəyanatı isə Vaşinqtonun bu məsələdə mövqeyinin dəyişə biləcəyini göstərir.