Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi bərpa edilib

ABŞ faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib.

“Reuters”in verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp həmçinin əlavə edib ki, ABŞ administrasiyası Rusiya məhsullarına əlavə rüsumların tətbiqi və bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir.