Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp razılaşmanın bağlanması şərtilə İrana hücumun ləğv edildiyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın ən qısa zamanda bağlanması şərtilə İrana planlaşdırılan zərbəni ləğv etdiyini bildirib.

O bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, ABŞ tam döyüş hazırlığı vəziyyətindədir, lakin gələcək razılaşmanın ümumi şərtləri üzrə razılığa gəlmək mümkün olduğu üçün İran və digər Yaxın Şərq ölkələri hücumdan imtina etmək xahişi ilə Vaşinqtona müraciət edib.

Amerika lideri qeyd edib ki, razılaşmalar Hörmüz boğazının dərhal açılmasını və İran tərəfindən nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur.

"Bu xahişdən çıxış edərək, razılaşmanı tez bir zamanda bağlamağın mümkün olması şərtilə mən hücumu ləğv etməyə razılaşdım", - Tramp yazıb.

O, həmçinin İsrailin bu qərarı dəstəklədiyini bəyan edib və tərəfləri danışıqları mümkün qədər tez başa çatdırmağa çağırıb.