Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp müharibədən sonra neft qiymətlərinin kəskin düşəcəyini gözləyir

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yaxın vaxtlarda başa çata biləcəyini və bundan sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bildirib.

Bu barədə PBS-in Ağ Evdəki müxbiri Liz Landers ABŞ lideri ilə qısa telefon müsahibəsindən sonra bildirib.

Jurnalistin sözlərinə görə, Tramp müharibə başa çatdıqdan sonra neft qiymətlərinin "daş kimi düşəcəyi"nə" əminliyini ifadə edib.

"Bunun uzun çəkəcəyini düşünmürəm", - Prezident münaqişənin başa çatmasının mümkün müddəti ilə bağlı sualı cavablandırıb.