Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Krımı Rusiya ərazisi kimi tanıya bilər

Amerika hakimiyyəti Moskva və Kiyev arasında imzalanmış sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu addım ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olmaq və Ukraynadakı münaqişəni həll etmək istəyini nümayiş etdirir.

Qeyd edək ki, 2014-cü ilin əvvəlində Ukrayna bölgələri olan Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya tərəfindən ilhaq edilib.