
Tramp Kanadanı "ABŞ-nin 51-ci ştatı" etmək mövqeyindən əl çəkməyib
16 Aprel 2025
ABŞ Prezidenti Donald Tramp Kanadanın Birləşmiş Ştatlara birləşməsi ideyasını dəstəkləməyə davam edir.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı bildirib.
“O, hələ də düşünür ki, əgər Kanada ABŞ-ın 51-ci ştatı olsaydı, kanadalılar bundan böyük fayda görərdilər”, — deyə Levitt bildirib.