Tramp İranla danışıqlardan narazıdır
28 Fevral 2026
ABŞ İranın danışıqlar aparmaq tərzindən narazıdır.
“Tasnim” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Buna baxmayaraq, İran ilə geniş müzakirələrin aparılmasını gözləyirəm" , - o bildirib.
Ağ Evin rəhbəri İranla bağlı yekun qərar qəbul etmədiyini də vurğulayıb: "İranla razılığa gəlmək istəyirəm. Bu ölkə nüvə silahına sahib ola bilməz. İran o "qızıl sözlər"i, yəni "nüvə silahı istəmirik" cümləsini demir".