Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp İranın təslim olması üçün yeni hücum əmri verib, hücum həftəsonu başlaya bilər

ABŞ Prezidenti Donald Tramp İranın təslim olmasına nail olmaq üçün yeni hücum əmri verib.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr yazır ki, hücum bu həftənin sonunda başlaya bilər.

Hücumun bir neçə gün davam edəcəyi də bildirilir.

Qəzet bildirir ki, Tramp dəfələrlə öz ətrafına İranla bağlanmış anlaşma memorandumunun mənasız olmasından şikayətlənib. İran isə Vaşinqtona etibar etmir.

Qəzet qeyd edir ki, Trampın hərbi güc tətbiq etməklə hədələməsi yalnız diplomatik həllin mümkünlüyünə xələl gətirir.

Qeyd edək ki, “CBS News” ABŞ və İsrailin bu həftə sonu İranın enerji infrastrukturuna irimiqyaslı hücumlar etməyə hazırlaşması, neft emalı zavodları və elektrik stansiyalarını hədəf alacağı barədə məlumat yayıb.