Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İranın nüvə silahına sahib olmaq imkanlarını iki həftəyə aradan qaldıracağıq

Hazırda işimiz onların nüvə silahına sahib olmaq ehtimalını tamamilə aradan qaldırmaqdır.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Biz onların müəyyən imkan əldə etməsinin qarşısını almaq üçün müəyyən işlər görürdük. İndi isə bunu tamamilə başa çatdırırıq”, - o qeyd edib.

Eyni zamanda Tramp İrana qarşı əməliyyatın iki həftə ərzində başa çata biləcəyini ehtimal edib: "Buna bir həftə yarımdan sonra baxsanız – dörd həftədən sonra yox, bir həftə yarım və ya iki həftədən sonra – görəcəksiniz ki, biz onların buna nail olmasının qarşısını aldıq".