Tramp İranın dini liderinin öldüyünə əmindir
01 Mart 2026
ABŞ prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneinin öldürüldüyünə inanır.
Tramp bu barədə “NBC News”a müsahibəsində danışıb.
ABŞ prezidenti Xameneinin hava hücumları nəticəsində öldürüldüyü xəbərlərini dəqiq hesab etdiyini bildirib.
O əlavə edib ki, İranın ali rəhbərliyinin "böyük hissəsi", "bütün qərarları verən insanların əksəriyyəti aradan götürülüb".