Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İran nüvə silahı ilə bağlı planlarındanimtina edib

İran nüvə silahı ilə bağlı istənilən plandan praktiki olaraq imtina edib.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bildiyiniz kimi, İran nüvə silahı ilə bağlı istənilən plandan praktiki olaraq imtina edib”, – Tramp deyib.

İran hakimiyyəti daha əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadığını bəyan edib.

Tramp həmçinin İranla bağlı qərar verməli olduğunu bildirib, lakin bunun təfərrüatlarını açıqlamayıb. ABŞ Prezidenti İranın “məğlub edildiyini” iddia edib və bu ölkə ilə münaqişənin “yaxşı və ya pis şəkildə” başa çata biləcəyini söyləyib.