Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İran hər öldürülən əsgərimizə görə qat-qat artıq şəkildə cəzalandırılacaq

ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin öldürülməsinə görə İranı ağır cəza ilə hədələyib.

Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran Silahlı Qüvvələri hər dəfə bir Amerika əsgərini öldürəndə bunun qat-qat artığını alacaqlar. Bu tapşırıq müharibə naziri Pit Heqsetə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Deniel Keynə və hər bir hərbi rəhbərə çatdırılıb", - Tramp paylaşımda qeyd edib.