Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp əl çəkmir: Prezidentliyinin sonunadək Qrenlandiyanı ABŞ-ın nəzarətinə keçirəcəyini deyir

ABŞ Prezidenti Donald Tramp faktiki olaraq onun ikinci prezidentlik müddətinin sonuna qədər Qrenlandiyanın Vaşinqtonun operativ nəzarəti altına keçə biləcəyini mümkün hesab edib.

Bu barədə Tramp "Real America`s Voice" telekanalına müsahibəsində bildirib.

Aparıcı Stiv Qruber xatırladıb ki, daha əvvəl Trampın ikinci prezidentlik müddəti ərzində Qrenlandiyanın ABŞ-nin operativ nəzarəti altına keçəcəyini proqnozlaşdırmışdı.

"Əgər bunu etmisinizsə, haqlı çıxacaqsınız. Qrenlandiya çox vacibdir. Sizin belə bir mərc etməyinizə dəyər", - Amerika lideri cavab verib.