Tramp Əhməd Əl Şaraa ilə "möhtəşəm" danışıqlar apardığını bildirib.
28 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd Əl Şaraa ilə "möhtəşəm" danışıqlar apardığını bildirib.
bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı – Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl bildirib.
"Mən Suriya Prezidenti ilə möhtəşəm söhbət apardım. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq", - Tramp qeyd edib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirmişdi ki, Vaşinqton administrasiyası artıq hesab edir ki, "Suriya Demokratik Qüvvələri" (SDQ, PKK terror təşkilatının qolu – red.) İŞİD-lə mübarizədə əsas rol oynamamalıdır. Onun sözlərinə görə, ABŞ ölkədə hərbi mövcudluğunu uzun müddət davam etdirməyi nəzərdə tutmur.