Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp dünyaya "gömrük müharibəsi" elan edib

ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp çıxışı zamanı deyib.

Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tayland (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək.

Eyni zamanda ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum, Ukraynadan idxala 10% həcmində cavab gömrük rüsumları tətbiq edəcək.Qeyd olunub ki, 25 faiz rüsum yerli vaxtla aprelin 2-si gecə yarısından (Bakı vaxtilə 3 aprel, saat 08:00) etibarən qüvvəyə minəcək.

Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq ediləcəyini açıqlayan Tramp ABŞ ilə ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib. 

"Kanada, Meksika və bir çox başqa ölkələrin kəsirlərini ödəyə bilmirik. Biz bunu əvvəllər etmişdik, amma artıq ödəyə bilmirik. Biz bütün dünya ölkələrinin qayğısına qalırıq. Biz onların hərbi xərclərini ödəyirik. Onların ödəməli olduğu hər şeyin əvəzini ödəyirik. Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) indiyə qədər müzakirə edilən ən pis razılaşma idi.Sazişin qüvvəyə mindiyi vaxtdan bəri ABŞ 90 minə yaxın müəssisəsini itirib".