Tramp: Bu danışıqlar İran üçün son şansdır
04 Avqust 2026
ABŞ Prezidenti Donald Tramp hazırda İranla danışıqların davam etdiyini bildirib.
O, bunu Ağ Evdə məsləhətləşmələrin gedişatı ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu, təəccüblüdür. Bu dəfə onlar bunu inkar etmirlər. Amma nədənsə, danışıqlar apararkən danışıqlar apardıqları barədə danışmaq onların xoşuna gəlmir", - Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ və İran avqustun 4-dək Hörmüz boğazında normal gəmiçiliyin bərpasını müzakirə edir. Tramp bir daha vurğulayıb ki, Vaşinqton Tehranın gəmilərin Hörmüzdən keçidi üçün rüsum almasına imkan verməyəcək.
O həmçinin qeyd edib ki, tərəflərin hazırkı danışıqları Tehran üçün "son şans"dır. Amerika lideri vurğulayıb ki, danışıqlar İranın xahişi, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ölkələrin dəstəyi ilə aparılır.