Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Baydeni ABŞ iqtisadiyyatını məhv etməkdə ittiham edib

ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin "ölkəni məhv etdiyini" bildirib.

O, bu barədə "Time" jurnalına müsahibəsində qeyd edib.

O, bunu ABŞ-nin dövlət borcunun 40 trilyon dollara qədər artmasını şərh edərkən deyib: "Bayden sadəcə olaraq ölkəmizi məhv edib. Onun dövründə tarixdə ən yüksək inflyasiya olub".

D.Trampın sözlərinə görə, dövlət borcunu azaltmağa mane olan səbəblərdən biri Federal Ehtiyat Sisteminin yüksək faiz dərəcələri olaraq qalır.

ABŞ lideri həmçinin borc yükünü iqtisadi artım hesabına azaltmağı nəzərdə tutduğunu bildirib: "Onlar daim bu cür davranırlarsa, borcu ümumiyyətlə necə ödəmək olar? Lakin bunu başqa yollarla etmək mümkündür. Bu yollardan biri iqtisadi artımdır".

O, həmçinin onların yürütdüyü faiz siyasətindən narazı olduğunu bildirərək, Federal Ehtiyat Sistemi rəhbərliyini yenidən tənqid edib.