Tramp Baydenə qarşı: Kim kimi? - SORĞU
20 May 2024
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır.
"Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb.
Onlar seçkidən seçkiyə ya Demokratik, ya da Respublikaçılara səs verən "yelləncək" ştatlar hesab olunurlar. Məhz bu ştatlardan asılı olaraq, seçkidə ya Demokratlar, ya da Respublikaçılar Partiyasından olan namizəd qalib gəlir.
Sorğuya görə, prezident seçkisi bu gün keçirilsəydi, bu ştatlarda 33% Baydenə, 40% isə Trampa, 10% isə kiçik Robert Kennediyə səs verəcəkdi.
İlk iki variant arasında seçim etməli olanların isə 42% Baydenə, 48% isə Trampa meyl edərdi.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrda keçiriləcək.