Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp atəşkəs barədə: "Bitdi, əbədi olacaq"

İsrail və İran arasında bağlanmış atəşkəsin zaman məhdudiyyəti yoxdur, o “əbədi qüvvədə olacaq”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, atəşkəs müddətsizdir. O əbədi davam edəcək”, – siyasətçi əmin edib.

O əlavə edib ki, müharibə “tamamilə başa çatıb” və İsrail ilə İranın “bir daha bir-birinə atəş açacağına” inanmadığını bildirib.

Donald Tramp Yaxın Şərqdəki münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş edib.

"Atəşkəs rejimi qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın! Donald Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti!" - o qeyd edib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Təl-Əviv və Tehran 24 saat ərzində “12 günlük müharibənin rəsmi dayandırılması” olacaq atəşkəs barədə razılığa gəliblər.