Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: ABŞ İrana yenidən güclü zərbələr endirəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana yenidən güclü zərbələr endirməyə hazır olduğunu bildirib.

Bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, ABŞ eyni zamanda Tehranla razılığa gəlməyin mümkün olub-olmadığını da araşdırır.

“Görək nə vaxtsa razılıq əldə edə biləcəyikmi. Amma biz onlara çox güclü zərbələr endirəcəyik”, - deyə ABŞ Prezidenti vurğulayıb.