Tovuzda 26 nəfər dönərdən zəhərlənib
25 İyun 2025
Tovuzda kütləvi zəhərlənmə olub.
İlkin məlumata görə, 26 nəfər zəhərlənib. Onların dönərdən zəhərləndiyi bildirilir.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.