Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayev Kadırova cavab verdi: “Əsassız arqumentlərdir!”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlərini Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarışmamaqda ittiham edən Çeçenistan rəhbəri Ramzan Kadırova cavab verib.

“Obozrevatel” nəşrinin yazdığına görə, Qazaxıstan prezidenti qeyd edib ki, ölkəsini xilas edən Rusiya deyil, KTMT üzvləridir:

“Mən Rusiyanı deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını vurğulayıram. Rusiyada bəzi insanlar bütün bu vəziyyəti yanlış təqdim edərək deyirlər ki, Rusiya Qazaxıstanı xilas etdi və Qazaxıstan indi əbədi olaraq Rusiyanın ayaqları qarşısında əyilməlidir. Hesab edirəm ki, bunlar tamamilə əsassız arqumentlərdir”.

Xatırladaq ki, Kadırov “Telegram” kanalında çıxış edərək Tokayevi qınamışdı.

“Dövlət varsa, müttəfiq varsa, o qərar verib addımını atmalıdır. Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistanla Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Rusiyaya lazım olanda isə hamı susur. Siz sanksiyalardan qorxursunuz”, deyə Çeçenistan rəhbəri əlavə edib.