Logo
news content
User
Kateqoriyalar

Xəbər

Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri ola bilər

Toivo Klaarın namizədliyi Avropa İttifaqının Özbəkistandakı səfiri vəzifəsinə irəli sürülüb.

Onun namizədliyini Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndə Cozep Borrell sürüb.

Qeyd edək ki, Toivo Klaar hazırda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır. O, əvvəllər EEAS-da Mərkəzi Asiya şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Toivo Klaarın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi mandatı bu il avqust ayının sonunda bitir.