Tofiq Yaqublunun işi üzrə istintaq yekunlaşıb
17 May 2024
Mayın 15-də Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu barədə Turan-a Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
«Mayın 15-də Tofiq Yaqublunun işi üzrə müstəntiq Abdulla Cəlilli bildirdi ki, istintaq rəsmən yekunlaşdı. Gələn həftə vəkillər Aqil Layıc və Nemət Kərimli istintaq materialları ilə tanış olacaqlar“, o deyib. Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu ittihamı qəbul etmir.
İstintaq orqanı isə ibtidai istintaqın yekunlaşdığını hələlik bildirməyib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama, saxta sənədlərdən istifadə maddələrilə həbs edilib.
Tofiq Yaqublu bütün ittihamları saxta sayaraq rədd edib. Siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.