Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tofiq Yaqublu saxlanılıb

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun evində axtarış aparıldı, xarici valyutada və manatda pul tapıldı.

Bu barədə siyasətçinin qızı Nigar Həzi Turana bildirib.

Onun sözlərinə görə, bu pul onlara aid deyil və evlərinə yerləşdirilib.

N.Həzi qeyd edib ki, evdən o cümlədən anasına aid olan mobil telefonlar və kompyuter da götürülüb.

Onun sözlərinə görə, T.Yaqublu saxlanılıb, onz qarşı hansı ittiham irəli sürüldüyü bəlli deyil: "Mən özüm gəlsəm də, evimə buraxılmamışam və axtarışda iştirak edə bilməmişəm".-

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı Turana təsdiqləyib. O, qeyd edib ki, araşdırma aparılır.