Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tixanovskayaya 15 il iş verdilər

Aleksandr Lukaşenkonun Belarusda qurduğu diktatura rejimi müxalif fikirli şəxslərin həbsini davam etdiri. Bu dəfə Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya barəsində hökm çıxarılıb.

Pressklub.az xəbər verir ki, Minsk şəhər məhkəməsi Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayaya qiyabi 15 il həbs cəzası kəsib.

Məhkəmə siyasətçini dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə, ekstremist birləşmə yaradaraq ona rəhbərlik etməkdə təqsirli bilib.

Qeyd edək ki, dövlət ittihamçısı Tixanovskayanın 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məlumat üçün əlavə edək ki, Svetlana Tixanovskaya 2020-ci ilin 11 avqustunda Belarusu tərk edərək Litvaya mühacirət edib və hazırda da bu ölkədə yaşayır.