"Tesla"sını satmağa hazırlaşan Tramp Maskı "ağlını itirmiş adam" adlandırdı
07 İyun 2025
ABŞ Prezidenti Donald Tramp qırmızı “Tesla”sını satmağı və ya onu başqasına hədiyyə etməyi planlaşdırır.
Bu barədə “The Washington Post” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Amerika lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək olaraq alıb. Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı şayiələr Trampla Mask arasında fikir ayrılıqları fonunda yaranıb.
Tramp İlon Mask ilə telefon danışığında maraqlı olmadığını da bildirib. O, ABC telekanalının jurnalistinin mümkün telefon danışığı ilə bağlı sualına əks-sualla cavab verib: “Ağlını itirmiş adamı nəzərdə tutursunuz? İndi onunla danışmaqda maraqlı deyiləm”.
Tramp həmçinin qeyd edib ki, Mask özü ona zəng etmək istəyini ifadə edib.