Təsdiq olundu: SEPAH-ın kəşfiyyat rəisi və müavini öldürülüb
16 İyun 2025
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat rəisi Məhəmməd Kaziminin İsrailin zərbələri zamanı öldüyünü təsdiqləyib.
Bu haqda SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Kazimi ilə birlikdə onun iki silahdaşı Həsən Mühəqqəq və Muhsen Bağiri də öldürülüb.
“Iran International”in məlumatına görə, briqada generalı Məhəmməd Kazımi və müavini Həsən Mühəqqəq İsrailin hücumları nəticəsində dağıntıları altında qalıblar.
“Sepah”ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin Tehranda “Sepah”ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, – telekanal nəql edib.