Tərtərdə daha bir mina faciəsi - Gənc oğlanın ayağı qopdu
03 Noyabr 2023
Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Tərtər rayon prokurorluğundan məlumat verilib.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə kənd sakininin Borsunlu kəndi ərazisində örüş yerinin yaxınlığında fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.