Tel-Əvivdə 3 avtobus partladılıb, Netanyahu Fələstində antiterror əməliyyatı elan edib
21 Fevral 2025
Tel-Əviv yaxınlığında 3 avtobus partlayıb.
"Ynet" portalı xəbər ki, partlayışlar və sonrakı yanğınlar nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobuslara yerləşdirilmiş daha iki partlayıcı qurğu da aşkar ediblər.
Partlayıcı qurğuların çəkisi təxminən 5 kq-dır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarda şübhəli bilinən şəxslərin axtarışını davam etdirir.
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv ətrafında avtobuslarda törədilən silsilə partlayışlardan sonra Fələstin Muxtariyyətində böyük əks-terror əməliyyatı keçirməyi əmr edib.
Netanyahu həmçinin təhlükəsizlik qüvvələrinə İsrail şəhərlərində gələcək mümkün hücumlara qarşı qabaqlayıcı tədbirləri gücləndirməyi əmr edib.