Tbilisidə “Xarici agentlər” haqqında qanunun əleyhinə ən böyük mitinq keçirilib
12 May 2024
Şənbə günü Tbilisidə on minlərlə insan küçələrə çıxıb. Onlar hakimiyyətin qəbul etməyə çalışdığı “xarici agentlər haqqında” qanuna etiraz edirlər. Bütün gün davam edən nümayiş gecə saatlarına qədər davam edib.
“Xarici agentlər” haqqında qanunun əleyhdarları mayın 12-dən 13-nə keçən gecəni Gürcüstan parlamentinin binası yaxınlığında keçirəcəklər.
Mayın 13-də Tbilisi vaxtı ilə səhər saat 9-da qalmaqallı qanun layihəsinin üçüncü yekun oxunuşda müzakirə olunacağı parlamentin hüquq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.
Parlamentdə üçüncü oxunuşda səsvermə mayın 14-də baş tutmalıdır.
Avropa İttifaqı və ABŞ Tbilisiyə xəbərdarlıq ediblər ki, bu Rusiyayönlü qanunun qəbulu Gürcüstanı Aİ və NATO-dan çıxaracaq.
[video:336471]
[video:336477]