Tbilisidə etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıb
01 May 2024
Ötən gün Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyaları zamanı 63 nəfər "xuliqanlıq və polisin qanuni tələbinə məhəl qoymama" səbəbilə saxlanılıb.
Bu barədə Gürcüstan DİN-in nümayəndəsi Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
O, daha 6 polis əməkdaşının qarşıdurma zamanı yaralandığını açıqlayıb.