Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Taxıl sazişi" imzalandı

İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Sazişi əvvəlcə Türkiyə, Rusiya və BMT imzalayıb.

Sazişi Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, BMT tərəfdən isə Baş katib Antoniu Quterreş imzalayıb.

Daha sonra sazişi Türkiyə, Ukrayna və BMT imzalayıb. Sənədə Ukrayna tərəfdən ölkənin infrastruktur naziri Oleksandr Kubrakov, Türkiyə tərəfdən Hulusi Akar və BMT tərəfdən Baş katib Antoniu Quterreş imza atıblar.