Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tavuş vilayətinin Kirants kəndinə giriş məhdudlaşdırılıb

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri aparır.

Bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təhlükəsizliyin və operativliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb.