Tavuş sakinləri ərazilərin Azərbaycana qaytarılmasının əleyhinə çıxırlar - VİDEO
20 Aprel 2024
Ötən gecə Ermənistanın Tavuş rayonunun yüzlərlə sakini dövlətlərarası yolun Baqanis-Kirants hissəsini bağlayıb. Bu, Baqanis, Voskepara, Kirants, Barekamavan, Koti, Dilijan, İcevan və Tavuşun digər yaşayış məntəqələrinin sakinləridir.
Toplaşanlar Azərbaycanla sərhədin demarkasiyası haqqında əldə olunmuş razılaşmalara etiraz edir və onları qəbul etmədiklərini bildirir, Ermənistan baş naziri Nikol Paşinyanla görüş tələb edirər.
Gecə boyunca Voskepar və Baqanis kəndlərinin yanından keçən Gürcüstan sərhədinə gedən dövlətlərarası yol bağlı qalıb. Hadisə yerinə gələn polis dəstələri digər rayonlardan insanların etirazçılara qoşula bilməməsi üçün yolu bağlayıb.
[video:335973]