Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tanınmış amerikalı aktyor və həyat yoldaşı evdə ölü tapılıblar

Əfsanəvi amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava Santa Fe-dəki evlərində ölü tapılıb. 

Xarici media xəbər verir ki, onların ölümünün səbəbləri açıqlanmayıb.

Santa Fe dairəsinin səlahiyyətliləri aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın ölümünü təsdiq ediblər. Hekmanın 95, Arakavanın 63 yaşı var idi. 

Cin Hekman iki dəfə Oskar mükafatçısıdır. O, ilk mükafatını 1972-ci ildə “Fransız əlaqəsi” filmindəki baş rola, 1993-cü ildə “Bağışlanmayan” filmindəki ikinci plan roluna görə alıb.

Peşəkar pianoçu Betsi Arakava aktyorun ikinci həyat yoldaşı olub. Onlar 1991-ci ildə evləniblər.