Logo
news content
User
Kateqoriyalar

Xəbər

Taksi tələbləri sərtləşdirilir: Ağ və ya qırmızı, “avro-5” standartı, post-terminallar...

Azərbaycanda taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Məlumata görə, taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və yaxud taksi fənərinin yanında yerləşdirilməli, həmin avtomobilin boş və yaxud dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.

Eyni zamanda, taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Məlumata görə, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Həmşinin, taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq.

Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Bu tələblər iyulun 1-dən qüvvəyə minir.